Bir neçə gün öncə "V&V Company"nin təşkilatçılığı ilə H.Əliyev adına Sarayda XVI "Qrand" Milli İctimai Mükafatının təqdimetmə mərasimi keçirildi. İştirakçılar arasında yerli tanınmışlarla yanaşı Türkiyənin də populyar simaları var idi. Belə ki, Ebru Şallı, Sinan Akçil, Erkan Petekkaya, Gunay Musayeva, Ümüt Sayın, Meral Konrat kimi məşhurlar öz mükafatlarına sahib cıxdılar. Əlavə edək ki, təqdimetmə mərasimi bu gün Türkiyənin "SHOW" telekanalının "Showkulup" verilişində geniş surətdə yayımlandı. S.Akçilin Primadonna İlhamə Quliyevanın əlini öpməsi səhnəsi verilişdə öz yerini aldı. Hətta səhnədəykən Sinanın "Kapı" adlı mahnısının yarımçıq kəsilməsi barədə də qısa, amma professionalcasına məlumat verildi. Bundan başqa, ertəsi gün İçərişəhəri qarış-qarış gəzən, paytaxtımızın gözəlliyinə məftun qaldığını vurğulayan müğənni-bəstəkar böyük məmnuniyyətlə azərbaycanlı qızla evlənəcəyini dilə gətirdi.
Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































