Türkiyə və Azərbaycanın birgə layihəsi olan "Acıtan yürek" bədii filminin çəkilişləri ilə bağlı seçim turuna münsif kimi qatılacaq Türkiyənin məşhur aparıcısı və prodüseri Acun Ilıcalının Bakıya gəlişinin dəqiq vaxtı məlumdur. Bu barədə Mod.Az-a layihənin təşkilatçısı Günel Abdullayeva məlumat verib:
"Acun bəy iyun ayının son şənbə günü səhərə yaxın "Acıtan yürek" filminin danışıqları ilə bağlı Qəbələyə gedəcək və 2 gün orada qalacaq. Qəbələni gəzmək-görmək məqsədilə türk jurnalistlər də Acun Ilıcalıyla birgə Qəbələdə olacaqlar.
Filmin seçim turlarına isə Acun Ilıcalı daha sonra qatılmaq üçün Bakıya gələcək".
Layihənin mətbuat katibi Fuad Mədətov bildirib ki, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı "Acıtan yürek" filminin final seçim turlarında Türkiyənin məşhur aktyoru Saruhan Hünəl və "Muhteşem yüzyıl" serialında Hürrəm Sultanı canlandıran aktrisa Məryəm Üzerli də iştirak edəcək. Adıçəkilən sənətçilərin Bakıya gəlişi qarşıdakı günlərdə məlum olacaq. "Acıtan yürek" filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































