Tanınmış müğənni Rəqsanə İsmayılova ilə bağlı verilmiş beynəlxalq axtarış qərarı dəyişdirilib. Bu barədə "Virtualaz"a saytına Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov məlumat verib.E.Zahidov deyib ki, cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi araşdırır: "Rəqsanə İsmayılova istintaqdan yayınmır. O, istənilən vaxt ifadə verməyə hazır olduğunu bildirib. İstintaq tərəfindən dəvət ediləcəyi halda ifadə verəcək. Buna görə də beynəlxalq axtarış qərarı dəyişdirilildi".
Qeyd edək ki, müğənni 5 epizod üzrə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub. Ötən ay isə BŞBPİ bəyan etmişdi ki, Rəqsanə İsmayılova barədə beynəlxalq axtarış elan edilib. Onun İnterpol xətti ilə də axtarışa verildiyi bildirilirdi.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































