Faiq Ağayev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorunun oğlunun toyundan qovulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Oxumeni.az xəbər verir ki, o, "Facebook" hesabında 9 gündür ki, Rusiyada olduğunu bildirib:
"Cılız, xırda, əhəmiyyətsiz bir məsələdir. Amma Bakıdakı dostlarım reaksiya vermeyimi məndən təkidlə rica etdilər. Bu axşam saytların birində "Faiq Ağayevi məmur oğlunun toyundan qovdular" başlıqlı bir DEZİNFORMASİYA dərc edilib.
1. Mən Bakıda deyil, artıq 9 gündür ki, Rusiya Federasiyasındayam (Krasnoyask, daha sonra - Moskva). Fiziki olaraq, 7 iyun tarixində Azəbaycanda, Bakıda ola bilməzdim.
2. Mənim heç bir zaman "Hummer" markalı avtomobilim olmayıb, sürdüyüm maşın - "Cadillac - Escalade"dir.
3. Bunları nəzərə alaraq, həmin o saytın YALANÇI "əməkdaşı" hansı "bilavasitə şahid"likdən dəm vurur?
4. 055 743 ….. nömrəsinden zəng edən şəxs həmin o "jurnalist" idisə, dəstəyi götürməyimi gözləyərdi, ta "vızov" atmazdı.
Sübutsuz danışmağı sevmirəm. Əlavə etdiyim fotolardan açıq-aydın görünür ki, Bakıdan 30 may tarixində getmişəm, Krasnoyarskda 31 may-02 iyun arası olmuşam. Hal-hazırda Moskvadayam və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin Qonaq Evində qalıram. Moskvada 02-15 iyun tarixlərinə qeydiyyata alınmışam. Bakıya 10 iyun tarixinde 853-cü reysle yola düşəcəyəm. Adını "jurnalist" qoymaq istəyənlər, YALAN danışıb, camaatı özünüzə güldürməyin".
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































