"Titanik" filmində canlandırdığı Roza obrazı ilə dünya şöhrəti qazanan britaniyalı aktrisa Keyt Uinslet 3-cü dəfə ana olacaq. Gözəl aktrisanın yenidən hamilə olması barədə xəbəri onun mətbuat katibi yayıb. Mənbə bildirib ki, Keyt Uinslet və onun həyat yoldaşı Ned Roknroll ailələrində artım olacağına görə çox xoşbəxtdirlər. Lakin doğuşun nə vaxt baş tutacağı hələ məlum deyil.
Keyt və onun milyarder Riçard Brensonun bacısı oğlu olan həyat yoldaşı Ned ötən ilin dekabrında gizli şəkildə evlənmişdilər. Qeyd edək ki, bu, 37 yaşlı Keyt Uinsletin və 34 yaşlı Ned Roknrollun ilk birgə övladı olacaq. Hollivud ulduzunun bundan əvvəlki nikahlarından Mia adlı 12 yaşlı qızı və Co adlı 9 yaşlı oğlu var.
Keyt Uinslet bundan əvvəlki müsahibələrində hələ 1-2 uşaq da istədiyini dəfələrlə bildirmişdi.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)

































