Maykl Ceksonun şəxsi əşyaları hərracda satılacaq
2 May 11:12

Ekrandan tamaşaçısına hər zaman gülüş paylayan məşhur aktrisa, Toppuş bacı kimi tanıdığımız Tünzalə Əliyeva bu gün gəlin köçəcək.
Yaxın günlərdə yazılan xəbərlərdə qız toyundan sonra oğlan toyunun iyulun 7-də olacağı qeyd edilsə də, tarix bu günə bəlli olub. Xəbəri təsdiqləyən aktrisa toyun keçiriləcəyi məkanı açıqlamasa da, şad gününün hazırlığından danışıb. Bildirib ki, sadə bir toy olacaq.
"Evdən bizi qara zurnanın müşayiəti ilə çıxaracaqlar. Şadlıq evinə isə dini qrupun ifası ilə daxil olacağıq. Qeyri-adi toy planlaşdırmamışıq. Toyu şadlıq evinin öz ansamblı müşayiət edəcək. Müğənnilər çox olacaq. Əksəriyyət şou əhli toya dəvətlidir. Hərəsi öz mahnı töhfəsini təqdim edəcək", - deyə aktrisa bildirib.
Xoşbəxt olsunlar!
O.M.