Azərbaycanın xalq artisti Brilyant Dadaşovanın bu gün saat 19:00-a nəzərdə tutulan konsertində problemlər yaşanıb. Oxumeni.az-ın məlumatına görə, Heydər Əliyev sarayında baş tutmalı olan "Apar Məni" adlı solo konsert qeyri müəyyən səbəblərdən gecikir. Sarayın qarşısında böyük insan izdihamı müşahidə olunur. Konsert saat 19:00-da başlamalı olsa da, bir saat gec başlayacağı elan olunub. Tamaşaçılar çoxdan bəri zalda öz yerlərini alsalar da, hələ də qeyri müəyyən şəraitdə gözləyirlər. Hətta dözməyib zalı tərk edənlər də var. Tamaşaçılar arasında aparıcılar Saleh Bağırov, Nanə Ağamalıyeva, xalq artistləri Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Ruhəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Tünzalə Ağayeva, müğənnilər Röya, Ruhi, Sevda Yahyayeva, Elza Seyidcahan, Zamiq, aktyor Bəhram Bağırzadə, qiraətçi əminə Yusifqızı və başqa tanınmış simaları görmək olur.
Pərdə arxasında nələrin baş verdiyi haqda sizləri bir qədər sonra tanış edəcəyik.
Arzu Murad
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































