Əməkdar artist Mətanət İsgəndərlidən xəbər var. İfaçı sözləri Türkiyənin məşhur nəğməkar şairəsi Ayşe Birgül Yılmaza, musiqisi isə Elza Seyidcahana məxsus "Gözlərin" adlı mahnıya klip çəkdirir. Bu barədə Mətanət İsgəndərli özü açıqlama verib. " Elza ilə illərdir rəfiqəyik. Amma bu il ərzində Elza mənə bir mahnı hədiyyə edib. Əslində mahnı 5 il bundan əvvəl oranjiman olunub, amma studiyada bunu bu yaxınlarda lentə aldıq. Çox gözəl musiqidir. Ayşe Birgül Yılmaz xanıma da burdan təşəkkür edirəm. Mahnının sözləri çox təsirldir. İnşallah yaxın günlərdə klipə də şahid olarsınız. Mətanəti tanıyanlar bilir ki Mətanət hər yay bir xit mahnısına klip çəkdirir",- deyə M.İsgəndərli əlavə edib.
Əməkdar artist bildirib ki yay aylarında kliplə yanaşı yazdığı şeirlərdən ibarət də albom da çıxaracaq.
"Bəzən mən o qədər doluram ki kənara çəkilib başlayıram ürəyimdən keçənləri bir-bir yazmağa. Mən onlara şeir deməzdim, o mənim özümlə söhbətimdir. Yazanda elə bilirəm ki, sakitləşirəm. Amma şeirlərimdən elələri var ki, onları heç vaxt üzə çıxartmayacağam".
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































