"Muhteşem Yüzyıl"da Hürrem sultan böhranı hələ də sual altındadır. Belə ki, aktrisanın ani şok qərarı nəinki izləyiciləri, istehsalçı şirkəti, eləcə də çəkiliş meydanında işləyənləri çox məyus etdi. Meryem Uzerli "sayəsində" əmək haqqlarından olan onlarla insan şikayət etməkdədirlər. Serialın sezon finalı bir həftə erkənə çəkildi. 101-ci bölümün çəkilişləri dünəndən etibarən start götürdü. Meryemin həmkarları onsuz kamera qarşısına keçdilər. Serial 103-cü bölümdə mövsüm finalına çıxacaq.
"Tims Production"la aralarındakı bütün körpüləri sökən Meryem Uzerli çox güman ki yeni mövsümdə də "Muhteşem Yüzyıl" heyətində görünməyəcək. Sentyabr ayında isə serial 15 il sonradan başlayacaq və zaman traplini yaşanacaq. Hansı ki, bu halda Hürremin daha qocalmış, yaşlanmış variantı seyirçilərin qarşısına çıxacaq.
Serialın rejissor köməkçisi Burcu Alptekin "İnstagram"da bu sözləri yazdı: "Meryem Uzerli həftədə 5 gün maksimum 10 saat işləyən biri idi. Aldığı qonorar heç kimi maraqlandırmır, amma pambıq içində saxlanılırdı. Qaldığı otelin pulunu şirkət ödəyir, çəkiliş meydançasına sürücü ilə gedib-gəlirdi. Həftəlik icazələri xaric, 4 gün də Almaniyaya gedib-gəlmə lyuksu olan bir aktrisa idi. Apreldə 11, martda 15 gün işləmişdi. Görəsən, kim kimi bezdirdi? Həyat necə də qəribədir, xanım Meryem Uzerli. Burada haqqını və əməyini yediyiniz 200 nəfərlik komanda və onların ailələri var!"
Günel Həbib
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































