Müğənni Rəqsanə keçirdiyi son əmliyyatdan sonra yenidən iş başına qayıdıb. İstanbulda sinql çalışmalarını davam etdirən müğənni fotosesiya keçirib. Türkiyənin tanınmış fotoqrafı - Sibel Can və bir sıra sənətçilərlə çalışan Güneş Kazdalın kamerası qarşısına keçən Rəqsanəyə qızı Aysun da yaxından köməklik edib. Aysun fotosessiyanın stilistliyini öz üzərinə götürüb. Rəqsanənin obrazı üzərində tanınmış body-art və make-up müxtəxəsisi Murad Kəsər çalışıb.
İddialı geyimləri ilə diqqət çəkəcəyini bildirən müğənni inşaat materiallarından hazırlanan geyim geyinib. Bu barədə yaxınlarda açıqlama verəcək Rəqsanə geyimində mismarlardan istifadə olunduğunu bildirib.
5 mahnıdan ibarət sinqla daxil olan musiqilərin hamısı Rəqsanəyə aiddir. Sinqla müğənninin vaxtiylə məşhur mahnısının remiks versiyasıda daxil ediləcək.
İyun ayının ilk həftəsi sinqlın çıxış mahnısına klip çəkdirəcək Rəqsanə tanınmış rejissor Eyup Dirliklə əməkdaşlıq edəcək. 70 nəfərdən ibarət komandayla çalışılacaq klipin hansı mahnıya çəkiləcəyini açıqlamayan müğənni klipi üçün xüsusi dekorun hazırlandığını da bidirib.
Bununla yanaşı Rəqsanə qızının 80 geyimdən ibarət moda defilesinin də hazırlıqlarına başlayıb. Qeyd edək ki, dizaynerliklə məşqul olan Aysunun defilesi Bakıda keçiriləcək.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































