Azərbaycan şou-biznesində təsir dairəsi uğrunda sözün hər bir mənasında mübarizə gedir. Bu mübarizə təkcə sağlam rəqabətlə bitmir. Qalmaqalların episentrində olan ifaçılar qruplaşaraq, əks qütblə açıq-aydın savaşa qalxırlar. Qüvvələr balansı gah bir tərəfin, gah da digərinin xeyrinə dəyişir. Bu zaman həm mübarizə aparan şəxsin nüfuzu, həm auditoriyası, həm də qruplaşmasında olan simalar ictimai fikri dəyişdirmək imkanına malik olurlar.
Xalq artistləri arasında son zamanlar yaranan mübahisə də istisna deyil. Belə ki, bir müddət əvvəl sabiq dostlar Aygün Kazımova ilə Brilyant Dadaşova arasında yaşanmış xoşagəlməz mübahisə tezliklə sözlü münaqişəyə çevrildi. Tərəflər xoşagəlməz ifadələr fonunda qarşılıqlı ittihamlar səsləndirməyə başladılar. Bu kataklizm şou-biznesdə təsir dairəsini yenidən müəyyən etmiş oldu.
İctimai fəallığı ilə seçilən, incəsənət aləmində kifayət qədər söz sahibi olan xalq artisti Faiq Ağayev də kənarda qala bilməzdi. O, ilk gündən mövqeyini müəyyən edərək haqlı bildiyi tərəfi dəstəklədi. Xalq artistinin sosial şəbəkələrdə paylaşdığı silsilə statuslar onun mövqeyinin qətiliyindən xəbər verirdi. F.Ağayevin facebook-dakı sonuncu statusu zənnimizdə yanılmadığımızı bir daha sübut etdi. "Bu, sadəcə bir fəryad idi. Haqsızlıqlara, ədalətsizliyə, paxıllıqdan doğan təhqirlərə qarşı fəryad. O heç vaxt təslim olmayacaq! Dediyimə 100 % əminəm. Çünki o Aygün Kazımovadır. Məğlubiyyətə acizanə baş əymək onluq deyil. Yeni uğurların üstələyəcək gözü götürməyənlərinin vay-şüvənini. Bunu bil! Sən lazımsan, sevimlisən, güclüsən" cümlələri Faiq Ağayevin həmyaşıd olduğu həmkarına verdiyi dəstəyi bir daha nümayiş etdirdi. Xalq artisti fikrinin sonunda qoyduğu üç nida işarəsi ilə A.Kazımovaya hər cür dəstək verəcəyinə hazır olduğunu bəyan etmiş oldu: "Səninləyəm, dost!!!"
Həyatda ən incə sənət dostluqdur. Onun incəliyi çətin günlərdə birlikdə olmaqla müəyyən edilir.
Şəlalə Nəriman
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































