Aygün Kazımovadan sonra bir neçə müğənni ilə işbirliyi qursa da, uğurlu nəticə almayan prodüser Sayqa Cahid bu günlərdə daha bir gənc istedadla işbirliyi qurub. Prodüserin yeni partnyoru çoxlarının Azəristar 2008 müsabiqəsindən yaxşı tanıdığı Yaqut Nərimandır. Qeyd edək ki, Yaqut Nəriman müsabiqədə ifası ilə yanaşı qeyri-adi xarici görünüşü, xüsusilə yaşıl gözləri ilə həm münsiflərin, həm də tamaşaçıların diqqətini çəkib, sevimlisinə çevrilmişdi. Müğənni müsabiqənin 5-cisi olduqdan sonra solo karyerasını bir müddət davam etdirdikdən sonra qısa fasilə verdi. Bu da ailə həyatı qurması ilə əlaqədar idi. Bundan başqa, Yaqut həmkarı Elariz Məmmədoğlu ilə oxuduğu dueti ilə də dinləyicilərə tanışdır. Sayqa Cahidin məhz Yaqutla işbirliyi qurması ona olan inamından irəli gəlib. Prodüser Yaqutla işbirliyinin uğurlu olacağına əmindir. Hazırda böyük layihə üzərində çalışırlar. Layihədən kənar isə ilk işləri Yaqutun ifasında "Yar-yar" adlı xalq mahnısını dinləyicilərə təqdim etməkdir. Yaxınlarda hazır olacaq mahnıya klip də çəkiləcək.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































