Çoxdandır efirlərdə görünməyən müğənni Kərim, nəhayət ki, üstüörtülü şəkildə problemlər yaşadığını bəlli edib. Oxumeni.az-ın məlumatına görə, müğənni bu gün gecə saatlarında facebook şəbəkəsində hamını şoka salacaq status paylaşıb. Məlum olub ki, Kərim olduqca dərdlidir. O, dərdinin nədən ibarət olduğunu yazmasa da, uzun müddətdir qəhərdən boğulduğunu, lakin hisslərini yalançı təbəssüm altında gizlətməyə çalışdığını etiraf edib. "Hər kəs mənə deyir ki, gülmək sənə çox yaraşır. Və çox insanlar bəxtəvər adını mənə verirlər. Düzdür, gülmək yaraşır. Amma, vallah, bəxtəvər deyiləm. İçim qan ağlayır" - deyə ürəyini virtual dostlarına açan evli müğənni nədənsə dərd ortağının olmadığından şikayətlənib: "Sözümü deməyə, ürəyimi boşaltmağa adam tapa bilmirəm". Kərim mesajının davamında məsələyə bir qədər yaxınlaşaraq probleminin son dərəcədə ciddi olduğuna işarə edib. "Bəlkə də ürəyimi açıb kiməsə danışsam, bir günə saçı ağarar. Çox vaxt gülürəm ki, məndən inciməsinlər. Amma başa sala bilmirəm ki, mən o hayda deyiləm. Özümü ürəkdən güldürən adam lazımdır" sözləri onun daxili dünyasındakı təzaddan xəbər verir. Müğənninin daha sonra yazdığı "bəlkə bir az çox yaşadım" cümləsi də istər-istəməz oxuyan hər kəsi qara-qara düşündürür. Statusun sonluğu isə Kərimin yaranmış vəziyyətdə son dərəcə köməksiz olduğunu bir daha sübut edir. "Hərçənd deyirlər ki, erkəklər ağlamaz, amma insan dolanda onun qadınına, kişisinə baxmır. Hönkür-hönkür ağlayıb özünü boşaltmaq istəyir".
Deyirlər, dərd paylaşanda azalır, sevinc bölüşəndə artır. Biz də Kərimin ürək sözlərini çoxsaylı oxucularla paylaşdıq ki, yükü azalsın.
Şəlalə Nəriman
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































