Meryem Uzerlinin "Muhteşem Yüzyıl"dan üz döndərməsi ilə bağlı xəbərlərin demək olar ki, ardı-arası kəsilmir. Belə ki, sonuncu xəbərə görə, aktrisa hələ bir müddət geri dönmək niyyətində deyil. O, açıqlamasında hər 3 həftədən bir ailəsini görmə haqqı olduğunu deyib və bunları vurğulayıb:"Klinikada müalicə alıram, İstanbula hələ ki, dönməyəcəm".
Bu ifadələri ilə dünyada 220 milyon seyirçini başına toplayan "Tim’s Production"ı xeyli təəccübləndirən Meryem onu məhkəməyə verəcəklərini söylədikdə isə, "Mən alman vətəndaşıyam. O müqavilə Türkiyədə keçərlidir", - deyib. Aktrisanın yoxluğundan 100-cü bölümün geri qalan hissələri lentə alınmayıb. Və elə bu səbəbdən də izləyicilər "Muhteşem Yüzyıl"ın yolunu ən azı bir həftə daha gözləməli olacaqlar.
Bu arada olan "Star Tv"yə oldu! Serialın yayımlandığı hər bölümün reklamlarından ən azı 1 milyon dollar qazanan kanalın bank hesabı bir az "darıxacaq". Onu da qeyd edək ki, Uzerlinin qonorarı artırılıb, 35 min lirəyə (təxminən 17 min manat) yüksəldilmişdi.
Günel Həbib
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































