Xəyanət inamdan istifadə edib başqasının haqqını mənimsəmək deməkdir. Deməli, o ilk növbədə oğurluqdur. Nədənsə bizdə bu kəlmə əsasən əks cinsin məhrəm olmayan münasibətləri mənasında işlədilir. Necə deyərlər, hərə öz arşını ilə ölçür. Mən isə sualımı xəyanətin bütün növlərini nəzərə alaraq verirəm. Maralıdır, görəsən, incəsənət xadimlərinin xəyanətə münasibəti necədir?
Yaqut Nəriman (müğənni):
- Çox pisdir. Xəyanəti heç vaxt bağışlamaram. Allah heç kimə qismət eləməsin. Amin.
Nahidə Orucova (aktrisa):
- Kinli insan deyiləm, heç kimlə küsülü qala bilmərəm. Heç kimə də imkan vermərəm, mənə yuxarıdan baxsın. Gözümün düşmənidi, kimsə kimsəyə xəyanət etsə.
Nuridə Əhmədova (aktrisa):
- İradəm böyükdür. İnanın, nədən qorxmuşam, başıma gəlib. Mübarizə aparmağı bacarıram. Xəyanətə nifrət edirəm.
Rəhman Rəhmanov (aktyor):
- Bir yalan danışan insan gözümün düşmənidir, bir də ki xəyanət edən. Allah uzaq eləsin, heç kimə xəyanət etməyi arzulamıram.
Mətanət Əsədova (müğənni):
- Çox pisdir münasibətim. Aldadılmaqdır da. O qədər məni aldadan olub, mənə xəyanət edən olub. Amma mən onları Allaha tapşırıram.
Cavanşir Məmmədov (müğənni):
- Kimsə mənə ilişərsə, sataşarsa, çox təhlükəli ola bilərəm. Xəyanətə də nifrət edirəm. Mən həmişə düz insan olmuşam.
Aşıq Zülfiyyə (sazəndə):
- Xəyanətə münasibətim pisdir. Kimsə mənə xəyanət edərsə, görsəm də fikir vermərəm, büruzə vermərəm, ürəyimdə çəkərəm.
Sultan Mustafayev (prodüser):
- Həyatda çox səbirsiz insanam. Ən əsası, sevib çox aldanmışam. Xəyanəti də əsla bağışlamıram.
Gülyaz Məmmədova (xanəndə):
- Həyatda hamının səhvi olur. Xəyanətə münasibətim çox pisdir. Allah keçsin günahlarımızdan.
Sevda Sanəliyeva (rəqqasə):
- Xəyanət mənim üçün ölümdür. Sevdiyim insan mənə xəyanət etsə, ölərəm.
İlahə Nizamiqızı (aparıcı):
- İnsanın başına nə gəlirsə, öz günahı ucbatından gəlir. Özü də dəhşət dərəcədə xəyanətin qurbanı olmuşam.
Xəyanət həm də etibardan sui-istifadə edib ümumi qaydaları pozmaq deməkdir. Bu qaydaları pozduqca insan pozğunlaşır. Sevgidə də, dostluqda da, əmanətdə də xəyanət yolverilməzdir. Ən bağışlanmaz xəyanət isə insanın özünə etdiyidir. Odur ki, prinsiplərinizə sadiq qalmağa çalışın.
Şəlalə Nəriman
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































