Türkiyədə gündəmdəki son serial layihəsi "Görüş günü kadınları"dır! "NTC Medya"nın lentə alacağı serial üçün hazırlıqlara start verilib. Məhz bu serial üçün Adanada 7500 metrlik ərazidə həbsxana inşa edilir. "Fox TV"də yayımlanması planlaşdırılan serialın baş rol ifaçılarından biri Şenay Gürler olacaq. Onu "Acemi Cadı", "Avrupa Yakası", "Eyvah Kızım Büyüdü", "Küçük Sırlar", "Hayat devam ediyor"dan çox yaxşı tanıyır izləyicilər. Serialın ssenarisini Özgür Evren Heptürk yazır. Qadın qəhrəmanlarının ürəkləri sızladacaq həyat hekayələrindən bəhs edən serialın çəkilişləri gələn ay başlayacaq.
Günel Həbib
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































