Toppuş bacı kimi tanınan əməkdar artist Tünzalə Əliyevanın iyun ayının 3-də toyunun olması haqda məlumat vermişdik. Aktrisa toyqabağı təəssüratlarını Milli.Az ilə bölüşüb:"Bildiyinizə görə, iyun ayının 3-də, inşallah, Bakıdakı şadlıq evlərindən birində toy mərasimim baş tutacaq. Bütün jurnalistlərə, media işçilərinə qapı açıq olacaq. Gəlib yeyib-içsinlər, oynasınlar, təkcə olmayan nəsə haqqında yazmasınlar (gülür). Toy çox sadə keçəcək, toyda heç bir sürpriz-filan gözlənilmir. Hətta zər yağışı, mələklərin rəqsi olan mərasimləri özüm çıxartmışam. Bütün sənət yoldaşlarım, müğənnilər, iş yoldaşlarım hamısı toyuma dəvətlidirlər. Hal-hazırda Gəncədəyəm, qeyd edim ki, mayın 25-də Gəncədə qız toyum baş tutacaq. Çünki adam çox idi, hamısını restorana sığışdıra bilməzdik. Qız toyumun tarixini ilk sizə açıqlayıram. İyul ayının 7-də isə oğlanın toyudur".
Aktrisa haqqında yayılan "villa" olayına isə bu cür aydınlıq gətirib:"İnternet saytlardan birində oxudum ki, guya toydan sonra həyat yoldaşımla tikdirdiyim villada yaşayacağıq. Bildirim ki, bu yalan məlumatdır. Əvvəla, mənim villam yoxdur, bu 2-mərtəbəli bir evdir. Toydan sonra bir müddət, yəqin ki, kirayədə yaşayacağıq".
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




















.jpg)

.jpg)
































