Zeynəb Ürək söz və musiqisi Arif Səlimova, aranjimanı İlkin Valehoğluna məxsus "İstərəm" adlı mahnının klip təqdimatını etdi. Oxumeni.az-ın məlumatına görə, təqdimatda xalq artisti, yaşayan əfsanə Şəfiqə Axundova, Flora Kərimova ,Bəsti Sevdiyeva, Tərlan Eyvazov, Eldar Ələkbərov həm Arifi, həm də Zeynəbi təbrik etdilər. Bəstəkar Arif Səlimov Zeynəb Ürəyə onun xəbəri olmadan "İstərəm" adlı diskini hədiyyə etdi. "Nurlu sabah" səsyazma studiyasında işıq üzü görən "İstərəm" adlı CD və DVD tədbir iştirakçılarına hədiyyə verildi. Bir neçə gün öncə Arif Səlimov və Zeynəb Ürəyin Şəfiqə xanımı ziyarət etdiyi görüntülər tədbir iştirakçılarına göstərildi. Şəfiqə Axundova Zeynəbə sənət yolunda dözümlü olmağı arzu etdi. Flora Kərimova Zeynəbin məlahətli səs imkanları olduğunu dedi. Bəsti Sevdiyeva və Eldar Ələkbərov Zeynəb Ürəyə tezliklə "İstərəm" adlı mahnısının ona uğur gətirəcəyini dedilər. Şəlalə Nərimanın şəxsi həyat barədə verdiyi sual bəstəkar Arif Səlimov tərəfindən birmənalı qarşılanmadı. "Qadınla kişinin işbirliyi çox vaxt məhəbbət romanına çevrilir. Sizdə belə bir hadisə yaşanıbmı" sualı gənc bəstəkarın etirazına səbəb oldu.
Xatırladaq ki, tədbiri təşkilatçı Orxan Abbasov həyata keçirirdi.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































