"Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədov bu yaxınarda Bakıda canlı konsert verəcək. Bu barədə Fərid Məmmədov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, konsert canlı musiqi ilə müşayət olunacaq. Onu orkestr müşayət edəcək. F.Məmmədov bundan sonra da müxtəlif müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edəcəyini bildirib.
"Biz bu yarışa layiqincə hazırlaşdıq. 2 ay gecə-gündüz çalışdıq. Məşqləri bir an belə dayandırmadıq. "Eurovision-2013" mahnı müsabiqəsində yaxşı nəticə əldə edəcəyimizə əmin idik. Bizə dəstək verənlər çox oldu. Hamıya ürəkdən təşəkkür edirəm. Bundn sonra da sənətimi davam etdirəcəyəm", - deyə F.Məmmədov bildirib.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































