Aqil M.Quliyevin borcunu qaytarması üçün yardım kampaniyasına start verilib

Aqil M.Quliyevin borcunu qaytarması üçün yardım kampaniyasına start verilib

Bir müddət öncə həbs olunan tanınmış rejissor Aqil M. Quliyeva borclarının ödənməsinə kömək üçün Facebook sosial şəbəkəsində dəstək kampaniyasına başlanılıb. Oxumeni.az xəbər verir ki, Facebookda səslənən müraciətdə Aqil M. Quliyevin söylənilən borcunun qaytarılmasında yardımçı olmağa çağrılır: "Hər kəsin səhvi olur, bu səhv düzələndi, sözsüz ki, Aqil kimsəni aldatmaq istəməyib, ya zəlzələdən ya vəlvələdən hadisə olub. Aqil istedadlı insandır, istedadlı bir insanın həbsdə olması asan deyil. Aqilin həbsdən çıxmasına, sıralarımızda olmasına çalışaq. Söylənilən məbləği bir insanın qaytarması çətindir, amma 1000 nəfərin ya 2000 min nəfərin köməkləşib qaytarması asandır. Sözsüz, Aqil kimsəyə borclu qalmayacaq, gəlin, biz də borclu qalmayaq, heç kim - heç neden sığortalanmayıb".

Sözügedən çağırışa dəstək olanlardan biri də tanınmış teleaparıcı Elçin Əlibəylidir. E. Əlibəyli açıqlamasında bildirib ki, kampaniyanın effektiv olub-olmayacağını indidən proqnozlaşdırmaq çətindir: "Aqil hamımıza yaxın olan istedadlı bir insandır. Belə bir istedadlı oğlanın çətin vəziyyətdə qalmasına göz yummaq olmaz. Mənim gücüm çatan qədər dəstək olacam. Yəqin ki, özü də həbsdən çıxdıqdan sonra səhvini anlayar və yenidən yaradıcılıqla məşğul olar. Bu baxımdan mən ümidliyəm ki, dəstək kampaniyası alınacaq".

Xatırladaq ki, A. M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb isə bir müddət əvvəl rejissorun sevgilisi Marianna Turabova adlı şəxsin hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmamasıdır. Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Nəticədə isə A.M. Quliyev məhkəmə zalında həbs olunub.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az