Məhkəmənin növbəti iclası iyunun 10-dadır.
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işin hazırlıq iclası keçirilib. Oxumeni.az xəbər verir ki, bu barədə İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın iddia ərizəsi qanuni olduğu üçün iş məhkəmə baxışına təyin edilib. Məhkəmənin növbəti iclası 10 iyun 2013-cü il, saat 11:00-a təyin olunub.
Xatırladaq ki, İlhamə Quliyeva şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi və ona dəymiş ziyanın ödənilməsinə dair Nazpəri Dostəliyevaya qarşı mülkü iddia qaldırıb. Sənətkar Nəsimi Rayon Məhkəməsindən xahiş edib ki, qarşı tərəfdən maddi ziyana görə 200 000 AZN, mənəvi ziyana görə 500 000 AZN tutulub ona verilsin.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































