Amnistiya Aktı 15 saylı Cəzaçəkmə müəssisəsində icra olunub"Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 7 may 2013-cü il tarixli qərarının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələr üzrə icrası davam edir.
APA-nın xəbərinə görə, qərar bu gün 15 saylı Cəzaçəkmə müəssisəsində icra olunub. Burada Amnistiya Aktının şamil olunduğu 4 nəfər məhkum azadlığa buraxılıb.
Azadlığa buraxılanlardan biri tanınmış gitara ifaçısı, əməkdar artist Rafiq Hüseynovun (Rəmiş) oğlu Rakif Hüseynovdur.
R. Hüseynov Cinayət Məcəlləsinin 234.1 maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə təqsirləndirilərək azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov jurnalistlərə açıqlamasında Amnistiya barədə qərarın icrası haqda danışaraq deyib ki, qadın məhkumların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə müəssisəsindən 2, yetkinlik yaşına çatmayanların saxlandığı müəssisədən isə 1 nəfər azadlığa buraxılıb.
R. Ramazanov Amnistiya Aktının icrasına 4 ay vaxt verildiyini xatırladaraq məcburi müalicəyə cəlb olunana şəxslərin müalicə başa çatanda sonra azadlığa buraxılacaqlarını vurğulayıb.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































