Deyirlər, qısqanclıq sevginin əlamətidir. Məncə, az miqdarda qısqanclıq tərəf müqabilinə inamsızlıq, çox miqdarda isə özünə inamsızlıq deməkdir. Halbuki, sevgi qarşılıqlı məhəbbət deməkdir. Deməli, onun sevgi ilə heç bir əlaqəsi yoxdur. Bəs görəsən, incəsənət xadimləri bu barədə nə düşünür? Onlar qısqancdırlarmı? Bu və digər suallara cavab tapmaq üçün onları arasında sorğu keçirdik.
Canəli Əkbərov (xanəndə) - Deməzdim qısqancam. Heç vaxt qısqanmamışam. Xasiyyətimə uyğun deyil.
Kəmalə Rəhimli (müğənni) - Yox, deməzdim qısqancam. Həyatda həmişə mübarizə aparmağa çalışmışam. Bu illər ərzində də Kəmalə Rəhimli adını qoruyub saxladım.
Qədir Qızılsəs (müğənni) - Həddindən artıq qısqanc insanam. Sadəliyimə görə də hamıya inanıram, qəlbim kimi. Xəyanət görürəm, görürəm səhv eləyir, əbədiyyən yadımda qalır. Ona görə də hər şeyi qısqanıram.
Samir Qulamov (rejissor) - Çox qısqancam, lap çox. Qısqanclıq hər bir kişiyə məxsus olan xüsusiyyətdir. Fitrətimizdədir, kimdə az, kimdə çox. Mən də beləyəm. Səhv eləmək istəmirəm. Düşünməmiş qərar verəndə çox hallarda yanılıram.
Xuraman Şuşalı (müğənni) - Mən həyat yoldaşımı qısqanıram. O da qısqanır. Çalışırıq ikimiz də heç vaxt çərçivədən çıxmayaq. Bilirsiniz, ailə başqa şeydir. Subay olanda adam heç nə fikirləşmir. Amma ailəli olandan sonra hər şeyi ağılla-kamalla fikirləşirsən. Qısqınclıq da çox istəməkdən irəli gəlir.
İlqar Muradov (müğənni) - Həddindən artıq qısqanc insanam. Haqsızlığı, yalanı bağışlamıram.
Cavanşir Məmmədov (müğənni) - Həyatda insanın bir mövqeyi olmalıdır. Mən də fikrimdə qalıram, düz edirəm. Qısqancam.
Namiq Məna (söz ustası) - Vacib olan insanları qısqanıram. Həyatda sağlam rəqabəti, elmi müzakirəni xoşlayıram.
Kərim (müğənni) - Mən əkizlər bürcündənəm. Şükür bu günə ki, həyat yoldaşımı sevirəm, sevilirəm. Məni qısqananda deyirəm ki, evimin xanımı sənsən, bunu bil. Həyat yoldaşım dəhşət qısqancdır. Hələ həyatımda belə şey görməmişəm.
Aşıq Zülfiyyə (sazəndə) - Əvvəllər bir-birimizi çox qısqanırdıq. Övladımız böyüyəndən sonra qısqanclıq azalıb. Yoldaşımın dostları hərdən məni hirsləndirirlər ki, yoldaşın filan qıza baxdı. Mən də deyirəm, yaxşı elədi. Bilirəm ki, məni qısqandırıb, dalaşdırmaq istəyirlər.
Yəqin ki, mənim də fikrim kimlər üçünsə maraqlı olacaq. Giriş sözündə gördüyünüz kimi mən qısqanclığı acizlik əlaməti olaraq qəbul edirəm. Gəlin bir həqiqəti unutmayaq: "əgər sən sevdiyin insan üçün dəyərlisənsə, o sənə xəyanət etməyəcək. Yox, əgər o sənə xəyanət edəcəksə, elə bir insan sənə lazım olmamalıdır!" Odur ki, sevgiyə layiq olmağa çalışın.
Şəlalə Nəriman
O.M.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































