Nazpəri Dostəliyeva 8 kq artıq çəkidən azad olundu

Nazpəri Dostəliyeva 8 kq artıq çəkidən azad olundu

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın İsveçrəyə getməsinin səbəbi məlum olub. Lent.az-a daxil olan məlumata görə, müğənninin səfərinin məqsədi orada plastik əməliyyat keçirməsidir.Müğənninin yaxın ətrafından verilən məlumatda bildirilir ki, N.Dostəliyeva mayın 14-də əməliyyat olunub və bir gün sonra narkozdan ayılıb. Müğənni əməliyyat nəticəsində 8 kiloqram çəkidən azad olub, onun göz qapaqlarında və üzündə estetik əməliyyat aparılıb.

Qeyd edək ki, əməliyyat xəbəri ilə bağlı xalq artisti ilə əlaqə saxlamağa cəhd etsək də, onun telefonu bağlı idi. Daha sonra müğənnin prodüseri Mikayıl Hüseynovla telefon əlaqəsi yaratmağa cəhd etdik. Lakin telefon nə qədər çağırsa da, zəngimizə cavab verən olmadı.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az