Reper Shaxo bu yaxınlarda nişanlanacaq. Oxumeni.az-ın verdiyi məlumata görə, onun sevib seçdiyi qız "Oxu Məni" qəzetinin daimi oxucusu Günel Salahovadır. S.Günel reperlə münasibətindən ağızdolusu danışıb və seçimində yanılmadığına çox inandığını vurğulayıb. "Shaxo yaxşı oğlandır və sevgisini bildirənə kimi məni bir çox sınaqlardan keçirdib. İndi mənimlə ailə qurmaq istədiyini bildirir. Təbii haldır ki, mən də onun anası ilə danışdım. Həyatımda nələr olub, ona danışdım. Shaxonun ilk sözü bu oldu ki, mən səni sevirəm və bütün hər şeyi qəbul edirəm, keçmiş keçmişdə qaldı". Daha sonra reperlə tanışlığına toxunan oxucumuz onunla bir müddət dost olduğunu bildirib: "Shaxo ilə biz facebook-da bir müddət dost olduq, sonra da o mənə sevgisini bildirdi. Sənət adamı olduğuna görə hələlik anam razı deyil. Shaxo da deyir ki, razı salacağam. İnşallah, bu il nişanlanıb, toy günümüzü bizi sevənlərə elan edəcəyik".
Məsələyə aydınlıq gətirmək üçün reperlə əlaqə saxladıq. Shaxo Güneli bütün qəlbi ilə sevdiyini deyərək bu barədə ağızdolusu danışdı: "Günelin anasını razı salacağam ki, tezliklə ailə qurum. Xəyallarımın qadını Güneldır. İnşallah, şad xəbərlərimizi sizinlə bölüşəcəyik. Əminəm ki, Günel də mənim sənətimi qəbul edib heç bir qısqanclıq etməz, bir-birimizi başa düşərik".
Biz də "Oxu Məni" kollektivi olaraq gənc cütlüyə xoşbəxtlik arzu edirik.
Şəlalə Nəriman
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































