Amerikalı aktrisa Ancelina Coli döşün xərçəngi xəstəliyinə tutulmamaq üçün süd vəzlərinin götürülməsi üzrə cərrahi əməliyyat etdirib. Bunu aktrisa "The New York Times" qəzetinin "My Medical Choice (Mənim tibbi seçimim)" bölməsində yazıb. Aktrisanın sözlərinə görə, həkimlər onun döşündə 87 %, yumurtalığında 50 % şiş ehtimalının olduğunu bildirmişdilər. A.Coli süd vəzlərinin müalicəsinə profilaktik cüt mastektomiyadan başlayıb. Nəticədə risk faizi 87-dən 5-ə düşüb. Əməliyyatdan sonrakı reabilitasiya dövrü 3 ay davam edərək 27 apreldə sona çatıb. Aktrisanın döşünün yerinə implant döşlər qoyulub. Onun sözlərinə görə, implantlar onun zahiri görkəminə xələl gətirməyib. Xanım Coli "My Medical Choice (Mənim tibbi seçimim)" bölməsində onu da qeyd edib ki, bu radikal addımı atmağına səbəb anasının 56 yaşında xərçəng xəstəliyindən vəfat etməsi olub. O isə hələ uzun illər yaşamağı, övladlarına və gələcəkdə nəvələrinə qayğı göstərməyi planlaşdırdığını qeyd edib.
Xatırladaq ki, hazırda Ancelina Coli Bred Pitt cütlüyünün 3 doğma və 3 götürülmə övladları var.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































