Şeyx Əbdül barəsində yayılan xəbərləri təkzib etdi

Şeyx Əbdül barəsində yayılan xəbərləri təkzib etdi
“Toma Hacıbala müəllimi, Hacıbala müəllim də məni aldatdı”

Şeyx Əbdül barəsində yayılan xəbərləri təkzib edib. Oxumeni.az-a açıqlamasında o deyib: "Ay məni PİA.az saytında "cənab Hacıbala Abutalıbov Şeyx Əbdülü susdurdu!" deyən, kobud tərzdə qara yaxıb, şərləyən eloğlum! Sənsiz də mən bu bir il iki ay ərzində qədərincə şərlənmişəm. Əgər sənin çörəyin məni şərləməkdən çıxırsa, halalın olsun, mən etiraz etmirəm. Çünki mən çörəyi müqəddəs sayan alicənab, səxavətli, xeyirxah bir haqq adamıyam. Mən bu yalan məlumat verən şəxsi yalnız balalarının çörəyinə xatir bağışlayıram. Amma sonda həmin insana yenə bir cavab verməliyəm və bu cavabı Həzrəti Peyğəmbərimizin müqəddəs hədisinə istinadən deyirəm. Həzrəti Peyğəmbərimiz buyurub: "Bildiyini yox, eşitdiyini danışan kəslər çox böyük günah sahibi olurlar". 30.04.2013 tarixində PİA.az saytında təhrif olunmuş yazıya cavab olaraq: Birinci yalan. Mən heç kəsə şikayət etməmişəm və heç bir aclıq eləmək fikrim olmayıb, çünki mən qırx ilə yaxındır ki, mədə xəstəliyindən əziyyət çəkdiyimçün pəhriz saxlayıram. İkinci yalan. Mən Hacıbala müəllimlə yox, mənim evimi satın alan və adı müəyyən səbəblərdən tam gizli saxlanılan tikinti şirkətindən məhkəməyə müraciət etmişəm. Üçüncü yalan. Mən Hacıbala müəllimin qəbulunda heç vaxt olmamışam və belə bir fikrim də yoxdur. Sadəcə olaraq mənim müraciətimdən sonra Prezident Administrasiyası adından dəstək məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə mənim xeyrimə qəbul olunan rəsmi sənəddən sonra Hacıbala müəllim özü gün ərzində mənə üç dəfə mobil telefonla zəng edib. Buna mənim şahidlərim də var. Bu zəngdən sonra şəxsən Hacıbala müəllim öz adamlarının iştirakıyla hamının "Toma" kimi tanıdığı Tamilla xanımı mənim evimə göndərdi və iki balasının ölmüşünə and içib söz verdi ki, xüsusi göstərişilə Tamilla xanım səni istədiyin kimi bir həftə müddətində yerbəyer edəcək. Bəlli oldu ki, qeyri-leqal adlar hallandırmaqla vətəndaşlara "xox" gələn bu xanım, adı uzun müddət gizli saxlanılan FF 2011 MTK şirkətinin rəhbəridir və hörmətli Hacıbala müəllim bir həftə müddətinə köçürülmədiyi təqdirdə bu xanımın sərəncamını ləğv edəcəyinə dair balalarının canına and içib, söz verdi. Hörmətli Hacıbala müəllim, dediyiniz o xanım sözünüzə əməl etmədi və məni aldatdı, buyurun, indi növbə sizindi, içdiyiniz anda əməl edin!

P.S.: Mən Hacıbala müəllimin iqtidar komandasında 2-3 nəfər ən yaxşı icraçıdan biri olduğunu demişəm, çox təəssüf olsun ki, bu fövqəlbəşər, arxa-dayaqlı xanım Hacıbala müəllimi, Hacıbala müəllim də məni aldatdı. Əsl həqiqət budur. Mən bir daha bütün KİV nümayəndələrinə həm təşəkkür edir, həm də xahiş edirəm ki, mənim düçar olduğum ailə faciəmlə oyun oynamasınlar!"

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az