Kərim borclulardan şikayətlənir. Müğənni Kərim dünən axşam saatlarında 68 km yol qət edərək Pirallahı adasına gələrək 5 ay əvvəl verdiyi borcu geri istəyib. Lakin borclusu onu əliboş qaytarıb. Kərimin facebook-da paylaşdığı status onun narazı olduğundan xəbər verir. O, düz-çörək kəsdiyi borclusu ilə daha sərt rəftar edə bilmədiyindən gücü etirazını dostları ilə paylaşmağa çatıb. "Çalışın heç kimə borca pul verməyin. Yaxşılıq edib pul verirsən, 5 aydır dala ala bilmirəm. Pul verib pis olmaqdansa verməyib pis olmaq yaxşıdır. Borcumu almaqdan ötrü şəhərdən bura 68 kilometr sürmüşəm. Nə dəxli, yenə də ala bilmədim. Kəsdiyim çörək mənim boğazımı kəsdi", - deyə status paylaşan müğənni borcun miqdarını açıqlamayıb.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































