Kobraya duet təklifləri gəlib. Reper Mc.Shaxo yeni mahnısı ilə Mehrimə müraciət edib. Digər tərəfdən isə repin pioneri adlanan Anar Nağılbaz öz təkliflərini irəli sürüb. Müğənni repçilər tərəfindən marağa səbəb olmağına aydınlıq gətirib: "Mən ilk günlərdən insanların maraq dairəsində olmuşam və buna görə Allahıma şükür edirəm. Tək repçilərdən deyil, digər populyar kişi müğənnilərdən də təkliflər çox almışam. Lakin duet elə bir işdir ki, iki ifaçını bir biri ilə doğmalaşdırır və sonunda bir çox duet ortaqları dava ilə ayrılmaq qərarına gəlirlər. Ya da bir-birinin işini danırlar. İlk duet birliyim müğənni və keçmiş jurnalist Cavanşir Babəlioğlu ilə səslənib. Bir neçə duet ifa etsək də, hər birimiz öz solo ifalarımızla da gənclərin nəzər nöqtəsində olmuşuq. Biz dost, qardaş kimi ayrıldıq. İndi bu cür təkliflərin mənə gəlməyi təəccübləndirici deyil. Mehrim var, Mehrim nəzər dairəsindədir, Mehrimin xəbərləri oxunur, oxuduğu dinlənilir və təbii ki, gənc repçi Shaxonun təklifi normal haldır. İndi isə özümü repdə sınamalı olacağam, çünki sənət adamı inkişaf etməlidir və yeniliklər etməlidir, mən hər tərzdə oxuyanam, özümə məxsus repertuarım var, 80-90-cı illərin hitlərinə də müraciət etmişəm, Bir çox janrlarda ifam var, lakin bu yaxın zamanlarda mənə Moskva şəhərindən təkliflər gəldi və oxunmamış mınuslar İgor Krutoyun şəxsi bəstələrindən bir necəsini mənə yolladılar".
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































