Son vaxtlar səs-sorağı Türkiyədən gələn müğənni Orxan Babazadə yaxın günlərdə bu ölkənin məşhur səs yarışması "Popstar Alaturka"da qonaq kimi çıxış edəcək. Bu barədə müğənni oxumeni.az-a açıqlama verib: "Təklif Türkiyənin sənət babası Orxan Gəncəbaydan gəlib. Onunla tez-tez telefon əlaqəsi saxlayıram. Doğrudan da çox təvazökar və gənclərə əl tutan bir sənətkardır. Türkiyədə hər kəs onunla hesablaşır. Hətta "Kral Müzik Ödülləri" zamanı da buna şahid oldunuz. "Popstar Alaturka" yarışmasının səhnəsində qonaq kimi 2 mahnı oxuyacağam. Biri Azərbaycan mahnısı, digəri isə Orxan Gəncəbayın bəstəsi "Mevsim bahar olunca" mahnısı olacaq. Mahnı hazırda oranjimandadır. Səbirsizliklə oranjimanın hazır olmasını gözləyirəm. Oranjiman işləri bir az uzun çəkir. O da oranjimanın Türkiyədə olunmasına görədir. İnşallah, istədiyim nəticəni əldə edərəm"
İstanbul səfəri zamanı Türkiyənin məşhur müğənnisi Zinet Sali, bəstəkar-müğənni Toyqar İşıklı və "Möhtəşəm Yüzyılın" aktyorları ilə də görüşən Orxan bildirib ki, özünü aktyor kimi də serialların birində sınamaq fikrindədir.
"Mənə hərdən deyirlər ki, səndə aktyorluq potensialı daha güclüdür. "Möhtəşəm Yüzyıl"ın Bəhram Paşa rolunu canlandıran aktyor Adnan Koç hətta mənə dedi ki, sənin fakturan tam "Möhtəşəm Yüzyıl"a uyğundur. Düzdü, hələ seriala çəkilmək təklifi almamışam. Amma çalışacağam serialların birinə çəkilim"- deyə Babazadə bildirib.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































