Bu gün Xətai Rayon Məhkəməsində tanınmış rejissor Aqil. M. Quliyevə qarşı olan şikayət əsasında məhkəmə prosesi başa çatıb.APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.M. Quliyev məhkəmə zalından həbs olunub.Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.
Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu gün isə həmin cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































