Tanınmış müğənni Murad Sadıx medianı başına toplayıb Rusiyanın tanınmış estrada ulduzu Aleksandr Serovun repertuarından ifa etdiyi "Я люблю тебя до слез" mahnısına çəkdirdiyi klipinə təqdimat etdi. İqor Krutoyun mahnısını çəkilmiş klipin təqdimatında Muradın yaradıcı uğuruna sevinlər arasında KİV nümayəndələri ilə yanaşı, sənət dostları da çoxluq təşkil edirdilər.Çəkilişləri Xəzər dənizinin Şüvəlan kəndi ərazisində və qapalı məkanda aparılmış klipin süjet xətti yoxdur. Ekran işinin rejissoru Ramil Ağasıyev, operatoru "Delee" təxəllüslü Caviddir.Muradın sevgisini izhar etdiyi qız obrazını isə Azərbaycanın xalq artisti, mərhum sənətkar Yaşar Nurinin qızı Ülkər Nuriyeva canladırıb. Ülkər aktrisalıq bacarığını maksimum nümayiş etdirib.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































