Meyxanaçı Pərviz Bülbülənin fanatı kimi tanınan 14 yaşlı Bakı sakini Zemfira (meyxanaçı Zema) adlı gənc qız intihara cəhd edib. Fanatı olduğu meyxanaçının aprelin 5-də toyu olduğunu öyrənən gənc qız damarlarını doğrayaraq intihara cəhd edib. Yaxınlarının səyi nəticəsində ölümdən son anda dönən gənc qız dərhal xəstəxanaya yerləşdirilib. Bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Özünü öldürmək istəyən gənc qızın ünvanını tapa bilməsək də, "Youtube"də onun barəsində hazırlanan videosüjeti əldə edə bildik. Həmin süjetdə 14 yaşlı Zemfira deyir ki, fanatı olduğu Pərviz Bülbülənin evlənməsini heç cür həzm edə bilməyib, damarlarını kəsərək ölmək istəyib. Lakin, yaxınları olaya dərhal müdaxilə edib və gənc qız xəstəxanaya qaldırılıb. Zemfira qeyd edib ki, fanat kimi meyxanaçı P.Bülbülənin şəxsi işlərinə heç zaman müdaxilə etməyi düşünməyib. Yalnız fanat kimi onu çox sevdiyini deyən gənc qız əvvəlcə özünü dənizə ataraq öldürmək istəyib. Rəfiqələrinin ona mane olması ilə o növbəti dəfə damarlarını kəsməyə cəhd göstərib. Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülə aprelin 5-i Əhmədlidəki "Şur" şadlıq sarayında özünə toy edib.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































