Azərbaycanlı müğənniyə Cahangir Qurbanov Amerikadan təklif aldı. Məlumata görə, müğənni B. Kolos adlı amerikalı bəstəkarın təklifi ilə Müslüm Maqomayevə həsr olunmuş mahnını oxuyacaq. Amerikalı bəstəkar Cahangirin ifasında Müslüm Maqomayevə ithaf olunmuş "Посвящение" (İthaf) kompozisiyasını dinlədikdən sonra bu qərara gəlib.
Sözügedən musiqi əsərini Eldar Həsənov E.Qrişinin sözlərinə bəstələyib. Cahangir Qurbanov B.Kolosun Müslüm Maqomayevin pərəstişkarı olduğunu deyir: "Özü Maqomayevin heyranıdır, pərəstişkarıdır. O, bizim Müslüm Maqomayevə həsr edilmiş klipimizi görüb, müraciət edib. Klipə baxdıqdan sonra Eldar müəllimin koordinatlarını tapıb və ondan Müslüm Maqomayevə ithaf olunmuş sözlərə mahnı bəstələməsini xahiş edib. Başqa bir yaradıcı insan ona Maqomayevə həsr etdiyi şeri təqdim edərək onun üzərində mahnı bəstələməsini xahiş edib. Amma o, həmin sözlərə bir şey yaza bilmədiyini bildirib və bunu Eldar Həsənovdan xahiş edib. Deyib ki, yazsam da sizinki kimi alınmayacaq."
Mahnı üzərində iş gedir və amerikalı bəstəkarın təklifi ilə Azərbaycanın görkəmli sənətkarı Müslüm Maqomayevə həsr edilmiş mahnı tezliklə Canahgir Qurbanovun ifasında təqdim ediləcək.
O.M.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































