VİDEO: "Eurovision" təmsilçimiz Fərid Məmmədov oldu!

VİDEO: "Eurovision" təmsilçimiz Fərid Məmmədov oldu!
"Mən layiqli təmsilçi olacam"

Azərbaycanın "Eurovision-2013" təmsilçisi Fərid Məmmədovun APA-ya ekskluziv açıqlaması:

-Təbrik edirik. Səhnədə sənin adın açıqlananda çox həyəcan keçirtdin.

-Siz məni səhnədə canlı görməliydiniz. Sevincimi ifadə edə bilmirdim. Bəlkə də həyatımda yaşadığım ən böyük sevinc hissim idi. Mən layiqli təmsilçi olacam. Özümə inanıram. Siz də mənə inanın. Ürəyimdə biraz seçiləcəyimə inanırdım, amma daha belə olacağını gözləmirdim. Hər kəsə təşəkkür edirəm.

-Ölkəmizi necə bir mahnı ilə təmsil etmək istəyirsən?

-Məncə "Could me" mahnısı çox güclü mahnıdır və Avropa ruhuna daha yaxındır. O mahnı olsa çox yaxşı olar.

-Özünü "Eurovison-2013" ə hazır hiss edirsən?

-Hazıram. Çoxdan hazırlaşıram. Çox məşqlər etmişəm, çox əziyyət çəkmişəm. Daha da çox üzərimdə işləyəcəm.

-Səndən necə bir performans gözləyək?

-Mənim özümün performanslarım çox var. Uşaqlıqdan idmanla da məşğul olmuşam. Bəlkə olimpiyada da iştirak etdim, bilmək olmaz.

-Uğurlar arzulayırıq.

-Çox sağ olun! Hər kəsə təşəkkür edirəm.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az