Qısa müddət öncə ayağından əməliyyat olunan və hətta bu səbəbdən dünya turunu iptal etdirən Lady Gaga bir müddət əlil arabasında gəzəcək. Lakin "əlil arabası" deyib keçməyin, çünki ekstravaqant müğənninin arabası da elə özü kimi qeyri-adidir. Belə ki, lüks məhsulları ilə tanınan "Mordekhai" firmasının əməkdaşı Ken Borochowun hasilə gətirdiyi əlil arabası 24 karat qızılla örtülüdür. Arabanın qara dəridən olan bel hissəsi də istənilən zaman çarpayı kimi açılır. Uzun sözün qısası, Lady Gaga sağalana qədər adını qədim dövrlərin müharibə maşınlarından alan "The Chariot" adlı taxt-tacında gəzəcək.
Günel Həbib
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































