Türkiyənin tanınmış aktyoru Dinçer Çekmez 73 yaşında vəfat edib. Bu barədə məlumatı aktyorun şəxsi "Facebook" səhifəsində qızları yayıb. "Böyük sənətkar, usta aktyor, ziyalı atam Dinçer Çekmez bu gün saat 4 radələrində vəfat edib. Hər birimizin başı sağolsun". Qeyd edək ki, aktyor əsasən Kamal Sunalla (Şaban) komediya janrında çəkildiyi "Şərq bülbülü", "Tarzan Rıfkı", "İnək Şaban", "Şaban əsgərdə", "Süd qardaşlar", "Şabanoğlu Şaban", "Atla gəl Şaban" və s. bu kimi filmlərlə məşhur olmuşdu.
Xatırladaq ki, Dinçer Çekmez "Min bir gecə" serialında Bürhan Evliyaoğlu və "Adını Feriha qoydum" serialında Ferihanın atası Rza obrazını canlandıran və hal-hazırda "20 Dakika" serialında oynayan Metin Çekmezin böyük qardaşıdır.
Allah rəhmət eləsin!
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































