Mişel Obama bir il sonrakı doğum günü tədbirinə indidən hazırlaşmağa başladı. "Daily Mail"in xəbərinə görə, birinci xanım 50-ci doğum günündə Beyons və Adelenin oxumasını istədi. Qəzetə məlumatı ötürən qaynaq Adelenin bu təkliflə razılaşdığını və Mişel üçün ad günündə sinqıllarını böyük məmnuniyyətlə səsləndirəcəyini bildirib.
Obamanın ailəsi ilə hər zaman yaxın olan Beyons Noulesin də bu tədbirdə iştirakı gözlənilir. Qeyd edək ki, müğənni son olaraq Barak Obamanın and içmə mərasimində milli himni səsləndirmişdi. Ulduz Mişel Obamanın bu ilki doğum günündə ona, "Bizim üçün etdiyiniz hər şeyə görə sizə təşəkkür edirəm. Qızım belə bir dünyada böyüdüyü üçün qürur duyuram", - deyə mesaj yollamışdı.
Günel Həbib
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































