Martın 12-də saat 13:00-da Beynəlxalq Mətbuat Mərkəzində, 1997-ci ildən 2011-ci ilədək Novruz bayramlarında "Kosa" ilə "Keçəl" personajlarını canlandıran aktyorlar Qafar Novruzlu və Vaqif İbrahimov mətbuat konfransı keçirəcəklər. Bu barədə oxumeni.az-a Q.Novruzlu məlumat verib. Tədbirdə "Bu bir tarixdir" adlı diskin təqdimatı keçiriləcək. Q.Novruzlunun bildirdiyinə görə, tədbir heç bir siyasi xarakter daşımasa da, bəzi qurumların laqeyd münasibəti tənqid olunacaq. Bundan başqa, Q.Novruzlu əvvəlcədən bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik etdiyini bildirib.
Bəli, Kosa ilə Keçəl bu gün də yaşayır. Bu obrazlara həyat verən istedadlı, sözün əsl mənasında, xalqın aktyorları timsalında onun görüşünə gəlir. Əlbəttə ki, söhbət həmin obrazları əzbərləyərək ifa edən aktyorlardan və ya adıçəkilən personajları bayağılaşdıran klounlardan getmir, Kosa ilə Keçəl fəlsəfəsini bilən, "Novruz"un tarixinə yaxından bələd olan, Kosa və Keçəl obrazlarını yaşaya və yaşada bilən əməkdar insanlardan gedir. Onlardan biri də 18 ildir Kosa obrazını canlandıran, 15 ildir dövlət tədbirlərində xalqla ölkə rəhbərliyinin vəhdətini simvolizə edən, Kosa obrazının əvəzedilməz ifaçısı, "İrs" folklor ansamblının aktyoru Qafar Novruzludur.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























