Bred Pit və Ancelina Coli cütlüyü istehsalına başladıqları "Roze" adlı şərabı alıcıların ixtiyarına buraxdılar. Nişanlı cütlük 2008-ci ildə Fransada 60 milyon dollara aldıqları 'Chateau Miraval' adlı evin üzüm bağında istehsala start veriblər. İnternetdən satışa çıxarılan ilk 6 min şərab şüşəsi beş saatın içində satıldı. "Roze" qutularda yerli pulla 125 manata satılır. Oxumeni.az-ın məlumatına görə, içki yaxın gələcəkdə restoranlarda da satışa çıxarılacaq. Ünlülərin yaxın dostu, şərab istehsalçısı Marc Perrin ilə birlikdə ərsəyə gətirilən ağ şərablar yayda, qırmızı şərablar isə gələn il dünyaya təqdim olunacaq. Perrin dostlarının bu işi ilə çox yaxından maraqlandığını da dilə gətirib.
Günel Həbib
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































