Müğənni Nadir Qafarzadə həmkarı Aygün Bəylərin onun barəsində söylədiyi ittihamlara münasibət bildirib. Lent. az-a açıqlama verən müğənni deyib ki, Aygün Bəylər nə mədəniyyət naziridir , nə də yüksək vəzifəli bir şəxs: " Aygün sıravi sənətçidir. Qadın olduğuna görə ona kobud cavab verə bilmirəm. Ona həmişə hörmətlə yanaşmışam. Onun mənə çox "sağ ol"u budur? Aygünə demək istəyirəm ki, kişilərlə qalmaqal etmə. Otur yerində... Ona cavab verə bilərəm, özü də necə lazımdır... İndi bir çoxları səsinin diapazonu ilə fəxr edir. Eşşəyin də diapazonu genişdir. Amma ona sənətkar demirlər. Aygünə yaradıcılıq uğurları arzulayıram. İstəyirəm ki, onun başqaları barəsində fikir söyləməyə vaxtı qalmasın".
Qeyd edək ki, əməkdar artist Aygün Bəylər həmkarı Nadir Qafarzadənin ünvanına "Onun sənət, musiqi aləminə dəxli yoxdur. Siz özünüz bilmirsiniz ki Nadir kimdir? Mən başqa nə deyim ki? Onun adını mənim adımın yanında hallandırmayın. Çünki, mən əsil sənətçiyəm", - sözlərini deyib.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































