Azərbaycanın xalq artisti İlhamə Quliyeva telekanalların çəkəcəyi Novruz bayramı konsertlərində iştirak etməyəcək. Milli.az-ın əməkdaşı ilə telefon söhbətində sənətkar nə səbəbdən belə qərar verməsinə aydınlıq gətirdi: "Bu il Azərbaycanın böyük sənətkarlarından biri, mərhum anam Tükəzban İsmayılovanın vəfatının 5-ci ildönümüdür. Martın 24-də düz beş il tamam olacaq ki, anamsız yaşayıram. Mənim göz yaşlarım, hələ ki, qurumayıb. Belə olan halda hansı şənlikdən söhbət gedə bilər? Təşəkkür edirəm bütün telekanallarımızda çalışan dostlarımıza, bayram şənliklərində çəkilmək üçün dəvət edirlər. Anamla bağlı hüznlü günlərimi yaşadığım üçün dəvətləri dəyərləndirmirəm".
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































