Bildiyiniz kimi, Fransanın tanınmış aktyoru Jerar Depardye artıq Rusiya vətəndaşıdır. O, ölkə prezidenti Fransua Ollandanın vergilərin 75%-ə qaldırmasından sonra Fransa vətəndaşlığından imtina etmiş, küskün halda Rusiyaya sığınmaq məcburiyyətində qalmışdı. Vladimir Putin şəxsən özü Depardye ilə görüşərək, onun Rusiya vətəndaşı olması üçün sənədləri imzalamışdı.
Əldə etdiyimiz məlumata görə, əfsanəvi aktyor ikinci ölkəyə də vətəndaşlıqla bağlı müraciət edib. O, hətta Belçikada özünə yeni villa da alıb. Tezliklə ikinci vətəndaşlığına qovuşacağına ümid bəsləyir.
Bundan başqa, J.Depardye Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskə müraciərt edərək, işlə təmin olunması üçün ondan yardım istəyib. Bu gün məşhur "Bolşoy Teatr"da J.Depardye KİV nümayəndələri ilə görüş keçirib və tezliklə telekanalların birində Rusiya ədəbiyyatı ilə bağlı verilişin aparıcısı olacağını açıqlayıb.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































