Azərbaycanın xalq artisti Aygün Kazımova yeni duet ortağı, Grammy mükafatına namizəd göstərilmiş məşhur amerikalı repçi Snop Dogla (Snoop Dog) birgə çəkilişləri reallaşdırmaq üçün fevralın 25-də ABŞ-a yola düşəcək. Oxumeni.az-ın məlumatına görə, nəzərdə tutulan klipin çəkilişləri Los-Ancelesdə, Snop Dogun villasında aparılacaq. ABŞ-dakı çəkilişlərin davamı isə sonra Avropada olacaq. Burada klipin qəhrəmanları həm müasir, həm də şərq üslubunda rəqslər edəcəklər. Onları Cennifer Lopez (Jennifer Lopez) və Beyonsun (Beyonce) rəqs qrupları müşayət edəcək. Bununla bağlı Türkiyədə məşqlər edən Aygün Kazımova hazırda da Azərbaycanda rəqs məşğələlərini davam etdirir. Qeyd edək ki, bu, Türkiyənin "Dokuzsekiz müzik yapım" şirkəti ilə Aygün Kazımovanın birgə həyata keçirdiyi 4-cü layihədir. Azərbaycanın xalq artisti eyni zamanda bu şirkətin solistidir. İmzalanan müqaviləyə görə, Snop Dogla olan duet dünyanın bütün əsas kanallarında yayımlanacaq. Yəni bu layihə yalnız Türkiyə və Azərbaycan üçün deyil.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































