Övladları ilə Moskvaya yerləşən müğənni Rəqsanə İsmayılovanın yaradıcılıq işləri davam edir. Fevralın 25-də bu məqsədlə Türkiyəyə yola düşəcək sənətçi planları barədə danışıb: "Son aylar Azərbaycandan çox Moskvada oluram. Buna səbəb qızım Aysunun təhsilidir. Qızlarımı anama etibar edib, bir neçə həftəlik Türkiyəyə gedirəm. Oradakı işlərimin təfərrüatı barədə öncədən mətbuatda danışmışam. Səfərim zamanı albomun tamamlanma işləri, klip çəkilişləri və serialla bağlı danışıqlar baş tutacaq. Bunun ardınca bu işlərin təqdimatları gözlənilir".
Bir neçə gün əvvəl uzun saç qaynaqlarını çıxaran müğənni bu imicdən uzaqlaşmadığını söyləyib. Rəqsanə elə bu gün rus ustaların xidmətindən bəhrələnib, yenidən uzun saçlara qovuşacaq.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































