Bir müddət əvvəl müğənni Cəmilə haqda xoşagəlməz xəbər yayılmışdı. Adının açıqlanmasını istəməyən mənbənin yaydığı xəbərdə bildirilirdi ki, müğənni Bərdə rayonunda iştirak etdiyi el şənliklərinin birindən döyülərək qovulub. Onun toydan qovulmasına səbəb kimi tədbirdə özünü yaxşı aparmamağı göstərilib. Məlumatda o da qeyd olunub ki, müğənninin yersiz hərəkətlərindən qəzəblənən yerli camaat üstünə hücum çəkərək, onu döyüb və Elit star məclisi vaxtından əvvəl tərk etməli olub.
Xəbər yayıldıqdan bir müddət sonra Elit star məsələyə aydınlıq gətirmək üçün oxumeni.az-a açıqlama verdi. Onun sözlərinə görə, yayılan məlumat həqiqətə uyğun deyil: "Bu şayiəni yayanlar cılız müğənnilərdir. Çünki mən ümumiyyətlə Bərdə və Maştağa toylarında olmamışam. Elit starı gözü götürməyənlər çoxdur. Müasir toylar əsasən mənim repertuarım üzərində qurulur. Bütün el şənliklərində mənim mahnılarım sifariş olunur. Müxtəlif titulları, fəxri adları olan müğənnilər də toylarda mənim mahnılarımla pul qazanırlar". Müğənni sonda rəqiblərinə sərt ismarış göndərməyi də unutmadı: "Hamısı haqda hər şeyi bilirəm, mənim ağzımı açmasınlar".
Azərbaycanın şou biznesi büsbütün toy biznesindən ibarətdir. Burada müğənnilər toy tutmaq üçün bir-birinə toy tuturlar...
Şəlalə Nəriman
O.M.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































