Türkiyənin meqa-starı Tarkanın fevral ayında Bakıda keçirilməsi nəzərdə tutulan konsertinin tarixi yenidən dəyişib. Konsertin təşkilatçısı Nahid Emiloğlunun verdiyi məlumata görə, konsertin təxirə salınmağına səbəb fevralın son 10 günlüyünün Xocalı həftəsi kimi qeyd olunmasıdır. Təşkilatçı bildirib ki, konsertin mart ayına təyin olunması gözlənilir. Qeyd edək ki, Tarkanın konsertinin fevralın 22-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulurdu. Meqa-star fevralın 24-də isə Qəbələdə konsert proqramı ilə çıxış edəcəkdi. Onu da əlavə edək ki, artıq neçənci dəfədir, Tarkanın konsertinin vaxtı müəyyənləşdirilsə də, sonradan təxirə salınır.
O.M.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































