Bir çox yerli şou-biznes nümayəndələri kimi Azərbaycanın xalq artisti Brilliant Dadaşova da artıq bir neçə aydır Facebook sosial şəbəkəsindən istifadə etməyə başlayıb. İlk vaxtlar müğənninin "Brilliant Dadaşova (Suleyman)" adı ilə əlaqə yaratması çoxlarını həm təəccübləndirmişdi, həm də söz-söhbətə səbəb olmuşdu. "Mənim adımdan çoxlu səhifələr açılmışdı, bəziləri özlərinə çoxlu dost tapıb, adımdan yazışırdı. Belə qərara gəldim ki, fərqlənim. Bununla da atamın adını ləqəb kimi götürməli oldum. Qoy hamı bilsin ki, digər "Brilliant Dadaşova"ların hamısı saxta səhifələrdir, amma bu, mənə məxsusdur, dostlarla da ünsiyyətdə olan mən özüməm", - deyə Oxumeni.az-a açıqlama verən sənətkarın yaradıcılığı ilə bağlı təzə xəbər əldə etmişik. Bir neçə saat bundan əvvəl məlum olub ki, Türkiyədə sayılıb-seçilən müğənni-bəstəkar Metin Özürkü B.Dadaşovaya yeni bir mahnı hədiyyə edib. Tezliklə həmin mahnı sənətçimizin ifasında tamaşaçılara təqdim ediləcək.
Brilliant xanım haqda daha bir yeniliyi də aşkarlamışıq! Türkiyənin TMB telekanalında "Pırlantalı geceler" verilişinin aparıcısı olan xalq atristimizlə söhbət əsnasında məlum oldu ki, sən demə, o, namaz qılmağa başlayıb. Sağlam həyat tərzi sürən müğənni namazın həm Allah yolunda vacibliyini vurğuladı, həm də sağlamlıq baxımından insana xeyirli olduğunu bildirdi.
Bax beləcə, ibadət edən müğənnilərimizin birinin də sayı artmış oldu. Allah qəbul eləsin!
Könül Aypara
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































