Müğənni Cahangir Qurbanov sayca yeddinci olan yeni klipini təqdim etdi. Oxumeni.az-ın məlumatına görə, əsasən rusdilli ifaçı kimi tanınan sənətçi Eldar Həsənovun "Meçta" (Arzu) mahnısını ekranlaşdırıb. Kilipi Nail Naiboğlu çəkib. Mahnı Leyla Babayeva ilə duet şəklində ifa olunub və duet ortaqları klipdə sevgili obrazları yaradıblar.
Rusiya şou-biznesinə qatılmağı qarşısına məqsəd qoyan müğənni son bir ildə olduqca məhsuldar çalışıb. Cahangir Qurbanov il ərzində Eldar Həsənovun müəllifi olduğu mahnılardan ibarət 3 solo albom buraxıb və "Lyubov iqra", "Çujiye raznıye", "Meçta" və görkəmli sənətkar Müslim Maqomayevə ithaf olunmuş mahnılara ekran həyatı verib. Qeyd edək ki, Cahangir Qurbanov Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Müğənninin yaradıcılıq işləri ilə "Ultras Production" şirkəti məşğul olur.
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















.jpg)

.jpg)





























