Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüsusilə də özəl kanallarda yayımlanan əyləncə yönümlü verilişlərə bu sənət adamlarının qatılmaqdan imtina etdiyi müşahidə olunur.
Maraqlıdır, görəsən bu vəziyyət aparıcıların yanaşması, proqramların formatı, yoxsa sənətkarların prinsipial mövqeyi ilə əlaqəlidir?
Yenisabah.az məsələ ilə bağlı Xalq artisti Mənsum İbrahimovla əlaqə saxlayıb. Tanınmış xanəndə məsələni belə izah edib:
“Televiziya proqramlarına tez-tez dəvət alıram, lakin layihələrim və səfərlərimlə bağlı iştirak edə bilmirəm. Ümumilikdə isə verilişlərin formatı da məni qane etmir. Düşünürəm ki, efirlərdə maarifləndirici və öyrədici proqramlar üstünlük təşkil etməlidir. Tamaşaçı mütləq şəkildə nələrsə öyrənməlidir. Şou müğənnilərinin qalmaqalları, dedi-qoduları tamaşaçıya təqdim olunmamalıdır”.
Mənsum İbrahimov efirlərə sənətkarların dəvət edilməsinin önəmini də vurğulayıb:
“Sənətkarlar bəzən verilişlərə dəvət olunur, amma bu qısa müddətli olur. Bir-iki dəfə efirdə görünürlər, sonra yenə durğunluq başlayır. Halbuki estradamızda gözəl ifaçılar, musiqiçilər, peşəkar sənət adamları var. Mən hər zaman keyfiyyətli musiqinin tərəfdarıyam. Efirdə kimlərinsə paltarı, maşını və evi ilə gündəmə gəlməsi düzgün deyil. Sənətkar yalnız yaradıcılığı ilə gündəmdə olmalıdır”.
Xalq artisti proqramlara qatılarkən digər qonaqların kimliyinə də xüsusi diqqət yetirdiyini bildirib:
“Artıq o yaşda deyiləm ki, bayağı şou ifaçıları ilə eyni proqramda iştirak edim. Buna görə, dəvət alanda əvvəlcə qonaq siyahısına baxıram. Son zamanlar daha çox tələbələrim və yetirmələrimlə efirə çıxmağa üstünlük verirəm”.
O, bir çox sənətkarın efirdən incik düşməsinin səbəblərinə də toxunub:
“Bəzi sənət adamları efirdə sənətindən kənar suallarla qarşılaşdığı üçün küsür. Sənətkarı efirə dəvət edirlər, amma söhbət onun yaradıcılığı ətrafında deyil, şəxsi həyatı və başqa mövzular üzərində qurulur. Bu da təbii olaraq onların efirdən uzaqlaşmasına səbəb olur. Halbuki söhbət sənətdən getməlidir”.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































